Fikirləri birlikdə daha yaxşı hala gətiririk.
Hər layihə qeyri-adi bir şey yaratmaq fürsətidir.
Böyük və ya kiçik, hər layihə bizim üçün dəyərlidir.
Jabbarov Production Azərbaycanda və Türkiyədə fəaliyyət göstərən peşəkar film istehsalı və media prodakşn şirkətidir. Şirkətimiz Türkiyədə 10 illik prodakşn təcrübəsinə malik komanda tərəfindən təsis edilmişdir. Komandamız Türkiyədə Turkcell, Yapı Kredi, Madame Coco və Vanish, Azərbaycanda isə Coca-Cola, PASHA Life, Araz Market və Nobel Energy kimi şirkətlərlə əməkdaşlıq etmişdir. Bununla yanaşı, Jabbarov Production moda çəkilişləri, televiziya proqramları, podkastlar, YouTube layihələri və müxtəlif rəqəmsal məzmun formatlarının istehsalında geniş təcrübəyə malikdir. Bu təcrübə və beynəlxalq yanaşma sayəsində Jabbarov Production yaradıcı ideyaları müasir vizual dillə ifadə edən, yüksək keyfiyyətli və təsirli layihələr həyata keçirir. Komandamız təcrübəli rejissorlar, montajçılar, səs mühəndisləri, VFX dizaynerləri və prodakşn koordinatorlarından ibarətdir. Şirkətimiz bədii film, sənədli film, reklam, line production, production, post-production və canlı yayım xidmətlərini yüksək səviyyədə həyata keçirir. Bakı və Azərbaycanın bütün regionlarında reallaşdırdığımız layihələrlə etibarlı və yaradıcı tərəfdaş kimi fəaliyyət göstəririk.
Yaradıcılıq
Yeni baxış və fərqli yanaşmalarla ideyaları inkişaf etdiririk.
Keyfiyyət
Hər mərhələdə yüksək istehsal standartlarını qoruyuruq.
Əməkdaşlıq
Müştərilərimizlə birlikdə işləyir, ideyaları birlikdə formalaşdırırıq.
8 illik
prodakşn təcrübəsi

Görüntü nə qədər yaxşı olsa da, əgər bir hekayə ilə tamamlanmırsa, o iş öz təsirini itirir. Bəzən kiçik bir söz, kiçik bir davranış və ya sadə bir detal böyük hisslər yarada bilir. Yadda qalmaq üçün düşündürmək, izləyici ilə empati qurmaq və insanlarla emosional əlaqə yaratmaq istəyirik. İnanırıq ki, ən güclü layihələr insanlara toxunan və onlarda iz buraxan hekayələrdən yaranır. Bizim üçün prodakşn yalnız görüntü yaratmaq deyil, ideyaları, insanları və hekayələri ekrana daşımaqdır. Hər layihədə məqsədimiz mənalı, təsirli və uzunömürlü məzmun yaratmaqdır. Biz sadəcə çəkmirik, hekayələr yaradırıq. Məqsədimiz dəyər yaratmaq və yadda qalan hekayələr danışmaqdır. Hər layihə bizim üçün dəyərlidir. Yaxşı işlərin bir parçası olmaqdan qürur duyuruq.























